Liviyanın baş naziri Abdulman Abdurrahman ət-Taninin rezidensiyasında partlayış olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış zamanı binanın daxilində olan siyasətçi BMT-nin ölkədəki missiyasının rəhbəri Bernandino Leonla görüşməli idi. Bu zaman yerli təhlükəsizlik qüvvələrinin mənzil-qərargahı qarşısındakı minalanmış avtomobil partlayış nəticəsində havaya uçub.
Hadisə zamanı bir uşaq olmaqla 4 nəfər yaralanıb. Baş nazir rezidensiyasını tərk etmək məcburiyyətində qalıb. Hazırda onun təhlükəsiz yerdə olduğu bildirilir.
Modern.az