Modern.az

İŞİD-in başını kəsdiyi amerikalı müsəlman imiş - YENİLƏNİB

İŞİD-in başını kəsdiyi amerikalı müsəlman imiş - YENİLƏNİB

Təhsil

16 Noyabr 2014, 13:25


“İslam dövləti” terrorçu qruplaşması (əvvəlki adı İraq Şam İslam Dövləti –İŞİD) girov saxladığı ABŞ vətəndaşı Piter Kessiqin başını kəsib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD-in edam səhnəsini əks etdirən video paylaşdığı bildirilir.

Məlumata görə İŞİD-in bu dəfəki qurbanı 2013-cü ilin oktyabrın 1-də girov götürülüb.

Qeyd edək ki, İŞİD bundan əvvəl də girovluğunda olan  ABŞ vətəndaşları olan jurnalistlər – Cim Fouli və Stiven Sotlofun başını kəsib. İŞİD daha sonra isə İngiltərə vətəndaşı Devid Heynesi də eyni üsulla edam edib.

***

Məlumata görə İŞİD-in bu dəfəki qurbanı 2013-cü ilin oktyabrın 1-də girov götürülüb. O, 2007-ci ildə İraqda hərbi xidmətdə olub. Piter Kessiqin ABŞ-ın İndiana ştatından olduğu bildirilir. Edam olunan şəxsin valideynləri isə söyləyib ki, övladları girovluda olarkən İslam dinini qəbul edib və özünə Əbdül Rəhman adını götürüb.

Aqşin Kərimov  


Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı