Modern.az

İTV-nin tamaşaçılara bayram süprizləri

İTV-nin tamaşaçılara bayram süprizləri

Образование

25 Dekabr 2014, 11:09


31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramları ərəfəsində İTV-nin yaradıcı kollektivinin ənənəvi iş qrafikində bir sıxlıq da hiss olunur. İctimai Teleradionun əməkdaşları öz tamaşaçı və dinləyicilərini maraqlı verilişlərlə və konsert proqramları ilə sevindirmək niyyəti ilə bu günlər daha gərgin çalşırlar.

İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildiriblər ki, dekabrın son günlərindən efirdə və ekranda əsl bayram ovqatı aydın hiss olunacaq. Dekabrın 27-də hər kəsin böyük həvəslə dinlədiyi bəstəkar professor Ramiz Mirişli haqqında sənədli film nümayiş etdiriləcək.  Ertəsi gün isə xalqın sevimlisi Zeynəb xanım Xanlarova solo konserti ilə tamaşaçıların görüşünə gələcək. Zeynəb xanım bu dəfə də istəklilərinin arzularını ekranda gen-bol gerçəkləşdirəcək.

“Müzakirə vaxtı” tok-şousu (29 dekabr) Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunacaq. Dünyanın hər yerinə səpələnmiş soydaşlarımızın həyatı, sosial problemləri və bayram arzuları gündəmdə olacaq.

2014-cü ilin uğurlu layihələrindən olan “Yadigarlar” proqramında (30 dekabr) səhnəmizin həmşəyaşar və parlaq ulduzu Nəsibə xanım Zeynalovanın həyat və yaradıcılıq yoluna işıq salınacaq. Həmin gün “Ötən əsrin nəğmələri” verilişinin Yeni il buraxılışı tamaşaçılara təqdim olunacaq.

Dekabrın 31-də İTV-nin əməkdaşları balaca tamaşaçıları “Qış nağılı”bayram verilişi ilə salamlayacaqlar. “Gənclik karnavalı”proqramı da həmin gün tamaşaçılarının baxış sınaqına çəkiləcək. “İlin sənət sevincləri”proqramı isə  2014-lə vidalaşanların qəlbində dərin izlər qoyacaq.  Proqramda sölkənin adlı- sanlı sənət adamları öz istedadlarını nümayiş etdirəcək, bayram arzularını çatdıracaqlar.

2015-ci il yanvarın 1-də tamaşaçılara Vyana Flarmonik  Orkestrinin  konserti və maskarad –balı, həmçinin “Yeni iliniz mübarək” konsert proqramı təqdim ediləcək. Yanvarın 2-də “Ulduzlu qonaq”verilişinin Yeni il buraxılışı efirdə olacaq. Yanvarın 3-də isə İTV tamaşaçıları xalq artisti İlhamə Quliyevanın solo konsertini izləyə biləcəklər.

Bayram günlərində milli kinolarımızdan savayı artıq klassikaya çevirilmiş bir çox məşhur filmlər də nümayiş etdiriləcək. Onu da qeyd edək ki, “Yeni gün”səhər musiqi-informasiya proqramının əməkdaşlarıda bayram günlərində tamaşaçıların sevincinə bol-bol sevinc qatacaqlar.

“Fürsətdən istifadə edib İTV kollektivi olaraq biz də çoxmilyonlu tamaşaçı və dinləyicilərimizi əziz bayramlar münasibəti ilə təbrik edir, onlara cansağlığı və uğurlar arzulayırıq”-deyə telekanaldan bildiriblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı