
“Hökümət Milli Məclisdə hesabat verməyə hazırlaşdığı dövrdə Mərkəzi Bank hələ də ötən il üzrə ölkənin hesabat tədiyə balansını və bu il üçün proqnoz tədiyə balansını dərc etmir, maliyyə sabitliyi icmalını və digər vacib göstəriciləri də xəsisliklə, eləcə də gecikdirməklə açıqlayır”.
Modern.az-ın məlumatına görə, bu açıqlama ilə tanınmış iqsadçı Qubad İbadoğlu çııxş edib.
O, bildirib ki. 2013-cü il üçün Dövlət Statistika Komitəsi ilə müqayisədə nisbətən inandırıcı informasiyalar açıqlayan Mərkəzi Bankın hazırda operativliyini itirməsi gerçək göstəricilərin gizlədilməsi ilə izah oluna bilər.
“Bu da o nəticəyə gəlməyə imkan verir ki, həqiqətən də ölkənin makro-iqtisadi vəziyyəti getdikcə pisləşməkdədir. Bunu bəzi pul-kredit göstəricilərinin dinamikası da təsdir edir. Belə ki, 2005-ci ildən sonra ilk dəfə olaraq iqtisadiyyata cəmi kredit qoyuluşlarının tempi aşağı düşüb. Ötən ilin dekabrı ilə müqayisədə bu ilin yanvarında 244,6 milyon manat azalıb. Eyni tendensiya depozitlərin həcmində də müşahidə olunur. Müqayisə olunan dövrə depozitlərin həcmi 318,4 milyon manat azalıb. Mənbəyini əsasən depozitlər təşkil edən bank kreditlərinin bu il ərzində azalma tendensiyasını manatın son devalvasiya qərarı daha da sürətləndirəcəyi şübhə doğurmur. Bu halda əgər banklar alternativ mənbələr tapmazsa, onda onların maliyyə vəziyyətinin ağırlaşacağı proqnozlaşdırıla bilər. Odur ki, Azərbaycan Respublikası Mərkəzi Bankını 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatına, Maliyyə Nazirliyini, Dövlət Neft Fondunu və Nazirlər Kabinetini 2014-ci il üçün dövlət və icmal büdcəsinin layihəsinə korreksiyalar etməyə çağırıram”.
Milli Məclisin mətbuat katibi Alif Təvəkküloğlu Azərbaycan hökumətinin 2014-cü il üzrə hesabatının martın 17-də təqdim olunacağını bildirib. Hesabatı parlamentdə baş nazir Artur Rasizadə təqdim edəcək.
Modern.az