Martın 11-də Bakı şəhər sakinləri Nicat Qələndərov idarə etdiyi “VAZ-2101”, Araz Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobillərlə avtoxuliqanlıq hərəkətləri etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar.
Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəzər rayon Məhkəməsi tərəfindən onlar İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 20 gün müddətinə həbs ediliblər.Modern.az