ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist, əməkdar jurnalist Mirşahin Ağayev Bakı Dövlət Universitetində “Tələbədən tələbəyə” layihəsinin qonağı olub. O, tələbələrin suallarını cavablandırıb və təcrübəsini bölüşüb.
BDU –dan Modern.az-a verilən məlumata görə, görüşdə layihə rəhbəri Könül Niftəliyeva, Məhəmməd Əmin Rəsulzadə irsinin araşdırıcısı, professor Şirməmməd Hüseynov, İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli və jurnalistika fakültəsinin tələbələri iştirak ediblər.“Tələbədən tələbəyə” layihəsi BDU-nun jurnalistika fakültəsinin tələbələri tərəfindən həyata keçirilir. Layihə ərzində təcrübəsi olan yuxarı kurs tələbələri öz biliklərini aşağı kurslarla bölüşürlər.
