Modern.az

Türk lirəsi dollara qarşı ucuzlaşmaqda davam edir

Türk lirəsi dollara qarşı ucuzlaşmaqda davam edir

Aktual

13 Oktyabr 2016, 14:08

Türkiyə lirəsi tarixi minimumu təzələyib.

 

 Modern.az-ın "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bugünkü ticarət sessiyasında lirənin dollara qarşı məzənnəsi 0,6% ucuzlaşaraq 3,1057 səviyyəsinə enib.

 

Lirə ilk dəfə olaraq tarixində yeni antirekorda imza atıb.

 

 Bundan öncəki antirekord 3,0973/$1 olub ki, bu da Türkiyədə hərbi çevrilişə cəhd olunan dövrə təsadüf edib.

 

 Türkiyə Mərkəzi Bankı (TBM) dəfələrlə faiz dərəcəsini endirərək digər inkişaf etməkdə olan ölkələr fonunda lirənin gəlirliliyini azaldıb.

 

 Sentyabrda tənzimləyici faiz dərəcəsini 25 bənd endirib. Tənzimləyicinin növbəti iclası oktyabr ayının 20-də keçiriləcək. Ekspertlər hesab edir ki, TMB növbəti dəfə uçot dərəcəsini endirəcək.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı