Modern.az

Proseslər Prezidentin nəzarətindədir - XİN 

Proseslər Prezidentin nəzarətindədir - XİN 

Current

2 Mart 2022, 15:28

“İlk iki çarter reysi ilə 168 Azərbaycan vətəndaşı Rumıniyadan gəlib. Proses birbaşa Azərbaycan dövlət başçısının nəzarətindədir”.

 

Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

 

“Bu gün həyata keçirilmiş çarter reysində böyük üstünlük qadınlara, uşaqlara verilib. Bu gün 4-cü çarter reysi həyata keçiriləcək və 170-dən çox Azərbaycan vətəndaşı Azərbaycana gətiriləcək. Dünən Xarkovdan gələn qatarda isə 185 Türkiyə vətəndaşı da olub”, - deyə XİN rəsmisi qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı