Modern.az

Ramil Səfərovla bağlı yeni açıqlama yayıldı

Ramil Səfərovla bağlı yeni açıqlama yayıldı

Страна

27 Dekabr 2010, 00:57

Macarıstanın paytaxtı Budapeştdə ömürlük həbs cəzasına məhkum edilən Azərbaycan Milli Ordusunu zabiti Ramil Səfərovun internet saytının yaradıcıları bəyanat yayıblar. Modern.az saytına daxil olan bəyanatda bildirilib ki, son zamanlar bəzi xəbər agentliklərində, sosial şəbəkələrdə Ramil Səfərovun 3 il öncə yaradılmış müdafiə saytı (www.ramilsafarov.org) ilə bağlı narahatlıq və narazılıq dolu xəbərlər yayılmaqdadır. Bu xəbərlərdə saytın 9 ay əvvəl erməni hakerlərin hücumuna məruz qalmaına baxmayaraq, heç bir tədbirin görülməməsi, saytın yaradıcısı və kollektivinin bu işə biganəliyi, hətta saytın domeninin ermənilərə razılaşdırılmış bir məbləğ qarşılığında verilməsi barədə məlumatlar yer alır. Bəyanatda daha sonra bildirilib: ”Məlumat üçün qeyd edək ki, bu ilin aprel ayından saytın www.ramilsafarov.orgdomeni itirilmiş və domeni ələ keçirən şəxslər onu əxlaqsız porno-sayta yönləndirmişdilər. Bu, sayt kollektivinin deyil, saytın təhlükəsizliyi üçün cavabdeh olan hostinq şirkətinin məsuliyyətsizliyi üzündən baş vermişdir. Hadisəylə əlaqədar saytkollektivi müəyyən tədbirlər görmüş, domenlərin qeydiyyatını təşkil edən ICANN təşkilatına və müvafiq təşkilatlara məktublar ünvanlamış, lakin domenin bərpası hələ ki mümkünsüz olduğundan saytın tərkibi yeni bir ünvana - www.ramilsafarov.info domeninə yönləndirilmişdir. Bundan başqa, www.ramilsafarov.com,  www.ramilseferov.com, www.ramilsafarov.net, www.ramilseferov.net, www.ramilseferov.org domenləri vasitəsilə də saytımıza daxil olmaq mümkündür. Bununla bağlı təcili olaraq saytımızın yeni ünvanında məlumat yerləşdirilməsinə baxmayaraq ( //ramilsafarov.info/index.php?dil=az&s=movqe&id=38 ) hələ də yalnış informasiyalar yayıldığından məsələyə yenidən qayıdıb sayt kollektivi olaraq professional olmasaq belə, Ramil Səfərova hər zaman sadiq olduğumuzu, məsələ ilə bağlı əlimizdən gələn hər şeyi etdiyimizi və saytımızın artıq bir neçə aydır ki, yeni ünvanda (www.ramilsafarov.info) fəaliyyət göstərdiyini bildirmək istəyir, yalnış informasiyaların aradan qaldırılmasında bizə yardımçı olmağınızı xahiş edirik”

Baş leytenant Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası alıb.  

Ramil Sahib oğlu Səfərov 26 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrəti yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məkrəbdə təhsil almağa istiqamətləndirib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olub, sonra isə təhsilini Türkiyədə davam etdirib. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı