Modern.az

Yeni qanunvericiliyin tələbi: öncə xəstəxanaya get, sonra evlən...

Yeni qanunvericiliyin tələbi: öncə xəstəxanaya get, sonra evlən...

Ölkə

11 Mart 2011, 16:58

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclasında Ailə Məcəlləsi müzakirə olunub.

Komitənin rəhbəri Hadi Rəcəbli bildirib ki, məcəlləyə təklif olunan dəyişikliyə görə, nikaha daxil olan şəxslər bir-birlərinin sağlamlıq vəziyyəti barədə məlumat əldə etmək məqsədilə Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı orqanlarına tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməlidirlər.

O, bildirib ki, nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamalıdırlar: “Həmin şəxslər bu məlumatları açıqlayacaqları halda, qanunvericilikdə müəyyən olunmuş qaydada məsiliyyətə cəlb olunacaqlar.

İndi mövcud qanunvericilikdə nikaha daxil olanların sadəcə bir-birini məlumatlandırması ilə bağlı müddəa var. Lakin təklif olunan dəyişikliklə bu maddə ciddiləşəcək və icbari xarakter daşıyacaq".

Komitə rəhbəri deyib ki, hazırda yalnız şizofreniya və ruhi xəstəliyi olanların nikaha girməsi qadağandır: “Hesab edirəm nəzərə almaq lazımdır ki, cəmiyyət üçün bilərəkdən xəstə uşaq dünyaya gətirmək özü də cinayətdir”.

Qeyd edək ki, müzakirəyə çıxarılan sənəddə deyilir ki, nikaha daxil olan şəxslərin tibbi müayinəsi, ailə planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi tibb müəssisələrində pulsuz həyata keçirilməlidir.

Deputatlar sənədi Milli Məclisin plenar iclasina tövsiyyə ediblər.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı