Modern.az

Azərbaycanlı müğənnilər Qazaxıstanda konsert verdilər - FOTO

Azərbaycanlı müğənnilər Qazaxıstanda konsert verdilər - FOTO

Ölkə

26 Dekabr 2017, 12:59

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun və Atırau vilayətindəki azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyətinin təşkilatçılığı və Atırau vilayət hakimiyyətinin (akimatlığının) dəstəyi ilə Atırau şəhəri Kurmanqazı adına konsert salonunda Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi və dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş tədbir keçirilib.

 

Bu haqda Modern.az-a konsulluqdan məlumat verilib.  

 

Tədbirdə Atırau vilayət hakiminin birinci müavini Lupkanov Saqindik Esenqaliyeviç, Qazaxıstan xalqla assambleriyasının Atırau vilayəti üzrə katibi Şakirova Gülmira Müslümovna, şəhər ictimaiyyətinin nümayəndələri, Atırau və Qərbi Qazaxıstan vilayətlərində yaşayan azərbaycanlılar, kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

 

Tədbirin əvvəlində Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələrə həsr olunmuş video rolik nümayiş etdirilib.

 

Daha sonra, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, əsasının Azərbaycanın ümummilli lider Heydər Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Qazaxıstan Prezidenti tərəfindən uğurla davam etdirilən Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasındakı əlaqələrdən danışıb.

 

Atırau vilayət hakiminin birinci müavini Lupkanov Saqindik Esenqaliyeviç öz növbəsində Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin tarixi kökləri haqqında danışaraq, əlaqələrin daha da genişlənməsinə əminliyini bildirmişdir.

 

Rəsmi hissədən sonra, tədbirin bədii hissəsində Azərbaycanın Xalq Artisti Brilyant Dadaşova, Əməkdar Artist Elnarə Abdullayeva, müğənnilər Elton Hüseynəliyev, Sevda Yəhyayeva və Sevil və Sevinc Səfərova bacıları konsert proqrami ilə çıxış etmişlər. Çıxışlar zala toplaşanlar tərəfindən böyük alqışlarla müşayət olunub.

 

Konsertdən sonra, Qazaxıstan xalqla assambleriyasının Atırau vilayəti üzrə katibi Şakirova Gülmira Müslümovna və azərbaycanlıların “Novruz” milli mədəni cəmiyyətinin sədri Eldar Əhmədov çıxış edərək, tədbirin Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da genişlənməsinə töhfələr verəcəyinə əminliklərini bildiriblər.

 

Tədbirin sonunda Azərbaycanın Xalq Artisti Brilyant Dadaşova, Əməkdar Artist Elnarə Abdullayeva, müğənnilər Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Sevil və Sevinc Səfərova bacıları və konsert proqramının təşkilatçısı Tarix Əliyev Baş konsulluğun və Qazaxıstan xalqla assambleriyasınin fəxri fərmanları və xatirə hədiyyələri ilə təltif olunublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı