Modern.az

Bakıda ucuz qurbanlıq qoyunların satışı təşkil ediləcək

Bakıda ucuz qurbanlıq qoyunların satışı təşkil ediləcək

Ölkə

1 Noyabr 2011, 17:22


Noyanrın 6-7-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Qurban bayramının yaxınlaşması ilə əlaqədar əhalinin qurbanlıq qoyunlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyətı dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz diri qoyunların satışını təşkil edəcəklər.

Satış məntəqələrinin ünvanları barədə əlavə məlumat veriləcək.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Ticarət və Xidmət Departamentinə qurbanlıq heyvanların kəsilməsi üçün yer ayrılmasını tapşırıb.

Departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov Modern.az-a bildirib ki, bu, şəhərdəki antisanitariyanın qarşısını almaq üçündür:

«Heyvanların sallaqxanalardan kənarda kəsilməsinin qarşısı alınacaq. Şəhərin müxtəlif yerlərində - 8-ci kilometr, Keşlə, NZS qəsəbələrində, Yasamalda və digər rayonlarda uyğun yerlər var. Biz əvvəlki illərdə Qurban bayramı ərəfəsində natəmizliklərlə üzləşdiyimiz üçün bu dəfə hamını sallaqxanalara yönəldəcəyik».

Dövlət Baytarlıq Xidməti isə noyabrın 1-dən qurbanlıq heyvanların satışı ilə bağlı  araşdırmalara başlayıb.

Şəhərin giriş hissələrində - Lökbatan, Xırdalan dairələri, Şamaxı və Dərnəgül yollarında Bakıya gətirilən heyvanların sənədləri araşdıracaq. Məqsəd baytarlıq-sanitariya tələblərinə necə əməl olunması qaydalarını yoxlamaqdır.

Kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, Qurban bayramı günlərində əhalinin tələbatını ödəmək üçün Azərbaycanda kifayət qədər davar və iri buynuzlu mal-qara var.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı