Modern.az

Birüzlü - İkiüzlü

Birüzlü - İkiüzlü

Ülke

11 Fevral 2014, 16:41

(İçsəs)

Birüzlü – həqiqətçi, inamlı, ideallı; 

İkiüzlü – həqiqətsiz, inamsız, idealsız.

***
Birüzlü – dəyişməz, dediyindən dönməyən, tüpürdüyünü yalamayan;

İkiüzlü – üzsüz, dəyişkən, məkrli, sürüşkən, yarıtmaz olduğu halda yarımaq istəyən.

***
Birüzlü – yalnız həqiqəti sevən, ondan qırağa çıxmaq imkanı olmayan;

İkiüzlü – həqiqətdən boyun qaçıran, ona yağı kəsilən.

***

Birüzlü – biryollu, birsözlü, birəqidəli;

İkiüzlü – yolsuz, ikibaşlı danışan, sıyıq kimi duru, kəsərsiz, mövqesiz.

***
Birüzlü – özgür, qorxmaz, bənzərsiz, güzəştsiz; İkiüzlü – asılı, qorxaq, güzəştli, yazıq.

***
Birüzlü – dönməz, əxlaqlı, ləyaqətli;

İkiüzlü – dönük, əxlaqsız, ləyaqətsiz.

***
Birüzlü – həqiqəti qoruyan, onun yolunda ölümə gedən.

İkiüzlü – həqiqəti qoruya bilməyən, özünü qorumaq üçün həqiqətdən keçən.  

***
Birüzlü – könül dincliyinə yetən, anlamsız qayğılara girməyən, qaya kimi sərt, əyilməz;

İkiüzlü – səksəkəli yaşayan, yaxşılıq bacarmayan, ona görə yamanlıqdan əl çəkə bilməyən, yalmançı.

***
Birüzlü – kamil insan, ikiüzlü – naqis adam.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı