Modern.az

ABŞ-ın üç ölkədəki səfirləri Gürcüstanda görüşəcək

ABŞ-ın üç ölkədəki səfirləri Gürcüstanda görüşəcək

Eğitim

27 Aprel 2011, 13:20

ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirləri Gürcüstanın paytaxtı Tiflis şəhərində görüş keçirəcəklər.

APA-nın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bu məqsədlə Gürcüstana gedib.

Tiflisdə ABŞ-Gürcüstan tərəfdaşlığı Xartiyası çərçivəsində demokratiyanın inkişafı üzrə işçi qrupun iclası keçiriləcək. İclasa ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Tina Kaydanau sədrlik edəcək. Onunla birlikdə dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavininin köməkçisi Ketlin Fitspatrik də Gürcüstana gəlib. Toplantıda bölgədə yaranmış vəziyyət, regional təhlükəsizlik və iqtisadi əlaqələrin inkişafı müzakirə olunacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı