Modern.az

Dövlət İmtahan Mərkəzindən ixtisas seçiminə buraxılmış abituriyentlərə XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzindən ixtisas seçiminə buraxılmış abituriyentlərə XƏBƏRDARLIQ

Təhsil

9 Avqust 2017, 17:31

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə xəbərdarlıq edib. Modern.az-ın məlumatına görə, DİM bəyan edib ki, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ixtisas seçimi 10 avqust saat 23:59-da başa çatacaq.


Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi davam edir.


9 avqust saat 17:10-a olan məlumata görə 41360 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 750  abituriyent isə ixtisasları  qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.


V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.


DİM bildirib ki, ixtisas seçimi sabah  saat 23:59-da başa çatacaq və qeyd olunan müddət uzadılmayacaq. 


Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər. 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı