Modern.az

Siyavuş Novruzov Hadi Rəcəbliyə eks-deputatlarla bağlı müraciət etdi

Siyavuş Novruzov Hadi Rəcəbliyə eks-deputatlarla bağlı müraciət etdi

Təhsil

24 May 2013, 13:15

Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında “Əmək pensiyaları haqqında” qanunun müzakirəsi zamanı çıxış edən millət vəkili Siyavuş Novruzov 1995-2000-ci illərdə deputat olmuş şəxslərin statusunun  qaldırılması məsələsinə toxunub. O bildirib ki,  bu illərdə deputat olmuş şəxslərin pensiya təminatı ilə bağlı  problemlər  var. Həmin illərdə fəaliyyət göstərən deputatalarla 2000-ci ildən seçilən millət vəkillərinin  pensiya təminatında kəskin fərq olduğunu vurğulayan Siyavuş Novruzov Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblidən xahiş edib ki, qanunvericiliyə əlavə və dəyişiklik edilməsi məsələsini sənəddə əsaslandırsın.

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı