Modern.az

Ali məktəblərdə 2792 boş yer qalıb

Ali məktəblərdə 2792 boş yer qalıb

Education

17 Avqust 2013, 18:57

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Modern.az TQDK-nın mətbuat xidmətinə istinadən bildiri ki, bu il ali məktəblərə ayrılmış 36537 plan yerinə 33745 abituriyent qəbul olub.
Bu isə o deməkdir ki, ali məktəblərdə 2792 boş yer qalıb.

TQDK bəyan edib ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 18-dən 22-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı