Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, sentyabrın 16-da axşam saatlaında Qaradağ rayonu ərazisində “Kamaz” markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarında dayanmış digər iki “Kamaz” markalı yük avtomobilinə çırpılıb. Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Kamaz” markalı yük avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib.
Xilasedicilər deformasiyaya uğramış yük avtomobilindən kimliyi bəlli olmayan kişi cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Hadisə nəticəsində bir neçə əfər də xəsarət alıb. Əməliyyat saat 19:26-da başa çatıb.
Modern.az