Modern.az

Sabah ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti olacaq

 Sabah ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti olacaq

Təhsil

29 Noyabr 2013, 12:05

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. 
Gündüz şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 7-9, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 30-da havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

 

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı