Modern.az

“Azərbaycan MDB-dən çıxmalıdır”-BƏYANAT

“Azərbaycan MDB-dən çıxmalıdır”-BƏYANAT

Təhsil

8 Mart 2014, 09:50

ADP-nin və Ümid Partiyasının təmsil olunduğu “Qarabağ” bloku Azərbaycanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxması üçün hakimiyyətə çağırış edib. Modern.az-ın məlumatına görə sözügedən  blok bu barədə bəyanat yayıb. Bəyanatda Rusiyanın Ukraynaya hərbi müdaxiləsi pislənib və buna görə  Azərbaycanın MDB-dən çıxması məsələsi qaldırılıb. Bəyanatda bildirilir: “Ukrayna ərazisinə olunan hərbi müdaxilə eyni zamanda sadə ukraynalılara demokratik yolla öz siyasi hakimiyyətlərinin formalaşdırmağa mane olmaq məqsədi daşıyır. Həmçinin  Rusiyanın bu hərəkəti  MDB və Kollektiv Təhlükəsizlik Nizamnaməsinin pozulmasıdır. Rusiya bütün hallarda nəinki Ukraynanın, eyni zamanda  digər postsovet ölkələrinin demokratikləşməsində  və Avropaya inteqrasiyasında ciddi maneədir.   MDB deyilən məkanda tərəflərin hüquqi bərabərliyi, bir-birinə qarşılıqlı hörmət anlayışı yoxdur. Rusiyanın maraqları var və bu maraqlar çox zaman digər dövlətlərin maraqlarını üstələyir, əzib  keçir, hətta ölkələrin ərazi bütövlüyünə müdaxilə edir. Ukraynada baş verənlər bunun bariz nümunəsidir. MDB yaranandan bu günə qədər faktiki olaraq  heç bir ölkənin hüquqları MDB çərçivəsində qorunmayıb. Rusiya Ukraynanın, eləcə də digər postsovet ölkələrində  xalqların seçiminə hörmət etmədiyinə, hazırda hadisələrin Ukraynada cərəyan etdiyinə və faktiki olaraq MDB-yə sədrlik bu ölkədə olduğuna   görə, Ukraynanı MDB-dən çıxmaqla bağlı ilk addımı atmağa çağırırıq”-deyə bəyanatda qeyd olunub.  

 

Modern.az 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı