Modern.az

TQDK: Bu gün imtahanların nəticələri emal olunacaq

TQDK: Bu gün imtahanların nəticələri emal olunacaq

Təhsil

17 Mart 2014, 10:15


Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 16-da bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirib. İmtahanlar 23 şəhər və rayonunda (Bakı, Gəncə, Sumqayıt, Abşeron, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) təşkil olunub.

Nəzərinizə çatdırırıq ki, martın 17-dən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur.

 

Misranə Həsənzadə  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı