Modern.az

Rusiyada Orxan Zeynalovun istintaq yekunlaşıb

Rusiyada Orxan Zeynalovun istintaq yekunlaşıb

تحصیلات

25 Mart 2014, 20:00


Ötən ilin oktyabrında Moskvada Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlində ittiham olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun işi ilə bağlı istintaq başa çatdırılıb. Modern.az "Azadlıq" radisosuna istinadən xəbər verir ki, hazırda müdafiə tərəfi  istintaq materialları ilə tanış olur.

Xatırladaq ki, ötən il oktyabrın 10-na keçən gecə törədilən bu qətldən sonra Moskvanın qərbi Biryulyovo rayonunda kütləvi iğtişaşlar baş verdi, miqrantlarının ticarət obyektləri dağıdıldı və bu hadisələr zamanı təxminən 400 nəfər saxlanıldı. Bundan sonra isə Rusiyada miqrantlara qarşı kütləvi reydlər keçirildi , yüzlərlə adam ölkədən çıxarıldı.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı