Modern.az saytı xəbər verir ki, NATO-nun üzvü olan 28 ölkənin xarici işlər naziri Rusiyanın Krımı ilhaq etməsindən sonra ilk dəfə Brusseldə toplanıblar.
Toplantının sonunda Rusiyaya qarşı sanksiya qərarı qəbul edilib.
Rusiya ilə bütün mülki və hərbi əməkdaşlığın təxirə salındığı açıqlanıb. Eyni zamanda NATO Rusiyanı beynəlxalq hüquqa hörmət etməyə çağırıb.
Qeyd edək ki, NATO-nun Ukraynaya hansı formada kömək edə biləcəyi məsələsi də Brusseldə müzakirə edilib.
Nazirlər həmçinin Şərqi Avropadakı müttəfiqlərinə Rus təhlükəsinə qarşı hansı formada təminatı verilə biləcəyini dəqiqləşdirməyə çalışıblar.
Modern.az