Modern.az

Vahid Əhmədov Hesablama Palatasına əlavə səlahiyyət istədi

Vahid Əhmədov Hesablama Palatasına əlavə səlahiyyət istədi

Təhsil

18 Aprel 2014, 13:26


Modern.az
xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında deputat Vahid Əhmədov Hesablama Palatasının ortaya çıxardığı qanunsuzluqları törədənlərin bəzi nazirliklərdə cəzalandırmadığını bildirib. Onun sözlərinə görə, 2013-cü ildə Təhsil Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi sistemində müəyyən qanun pozuntularına rast gəlib.
“Bu gün yeni layihələrə 1 milyard dollara qədər vəsait ayrılıb. İstərdim ki, bu layihələrə də Hesablama Palatası nəzarət etsin”.

Deputat satınalmalarla bağlı qanuna yeni təklif də irəli sürüb. “Satınalma ilə bağlı qanuna da yenidən baxılmalıdır. Bu sahədə problemlər mövcuddur. Həmçinin Hesablama Palatasına əlavə səlahiyyət də verilməlidir. Hesablama Palatasının hesabatını yüksək qiymətləndirirəm və səs verirəm”.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı