
“Məndə hələ ki, yeni bir məlumat yoxdu. Ola bilsin, şənbə-bazar günləri istintaq aparılmayıb. Kompüterimin prosessorunu da hələ geri qaytarmayıblar”. Bunu Modern.az-a açıqlamasında “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı əməkdaşı Rauf Mirqədirovun həbsindən danışarkən deyib.
Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsi ilə əlaqədar qəzetin redaksiyasında axtarış aparılıb və baş redaktor Elçin Şıxlının kompüterinin prosessoru müsadirə olunub.
Misranə Həsənzadə