Modern.az

Ukraynada səfərbərlik elan edildi

Ukraynada səfərbərlik elan edildi

Təhsil

7 May 2014, 09:17

Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov qismən səfərbərlik haqqında fərman imzalayıb.



“RBK” xəbər verir ki, qismən səfərbərlik Rusiyanın Ukraynanın daxili işlərinə qarışması nəticəsində ölkənin cənub və şərq bölgələrində siyasi vəziyyətin gərginləşdirilməsi, dövlətdə sosial gərginliyin artması ilə bağlı elan olunub. Bu barədə  Aleksandr Turçinovun mətbuat xidmətinin açıqlamasında bildirilir. 

  Qeyd edək ki, fərmana əsasən, qismən səfərbərlik Vinnitsk, Volınsk, Dnepropetrovsk, Donetsk, Jitomir, Zakarpat, Zaporojye, İvano-Frankovsk, Kiyev, Kirovoqrad, Luqansk, Lvov, Nikolayev, Odessa, Poltava, Rovensk, Sum, Ternopol, Xarkov, Xerson, Xmelnitsk, Çerkassk, Çernovitsk, Çerniqov vilayətləri və Kiyev şəhərində elan olunub.   Səfərbərlik fərmanın qüvvəyə mindiyi gündən 45 sutka ərzində tətbiq olunacaq.  (APA)    

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı