Modern.az

Yusif Bağırzadə: “Bizə üstünlük verənlər Milli Şuradan ayrıldı”

Yusif Bağırzadə: “Bizə üstünlük verənlər Milli Şuradan ayrıldı”

Təhsil

7 May 2014, 13:10

“Demokratik Qüvvələrin Birliyi tam gücü ilə özünün fəaliyyətini davam etdirir. Biz öz iclaslarımızı mütəmadi olaraq keçiririk. Biz Demokratik Qüvvələrin Birliyinin bu ilin axırında keçiriləcək bələdiyyə seçkilərində iştirakını təmin etmək istəyirik. Bunu yaxın günlərdə keçiriləcək iclaslarımızda müzakirəyə çıxaracağıq”.

Bunu Modern.az saytına AMİP sədri Yusif Bağırzadə deyib. O bildirib ki, birlik şəklində bələdiyyə seçkilərində iştirak etmək prioritetdir. “Bildiyimiz kimi, Milli Şura ötən il keçirilən prezident seçkilərində vahid namizədlə iştirak etdi. Bu birlik faktiki olaraq seçki bloku kimi hərəkət etdi. Milli Şurada bir müddət öncəyə qədər təmsil olunan siyasi partiyalar Demokratik Qüvvələrin Birliyində də var idi. Lakin indi onlar Milli Şuradan ayrılıblar. KXCP, Liberal Partiya, Bütöv Azərbaycan Partiyası artıq Milli Şurada yoxdur və yalnız Demokratik Qüvvələrin Birliyində yer alıblar. Onlar üstünlüyü Demokratik Qüvvələrin Birliyinə verdi. Yaxın günlərdə bizim seçki blokuna çevrilib-çevrilməyəcəyimiz müzakirə ediləcək”. AMİP sədri onu da bildirib ki, artıq bir neçə siyasi partiya DQB-yə üzv olmaq üçün müraciətlər edir. “Mən onların adlarını açıqlamaq istəmirəm. Bu birliyin perspektiv olduğuna görə bizə müraciətlər də çox olur. Müzakirələr aparıldıqdan sonra həmin siyasi təşkilatları birliyimizə daxil edəcəyik”.

Qeyd edək ki ötən ilin iyul ayında Demokratik Qüvvələrin Məşvərət Məclisinin fəaliyyətinə xitam verilib. Bundan sonra AMİP-in təşkilatçılığı ilə Demokratik Qüvvələrin Birliyi  (DQB) adlı yeni siyasi ittifaq yaradılıb.  Bu ittifaqda  Böyük Azərbaycan Partiyası (BAP), İslam Demokrat Partiyası (İDP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azərbaycan Liberal Partiyası (ALP) , Xalq Azadlıq Partiyası  (XAP) təmsil edilir.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı