Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyə səfərini təxirə salaraq Rusiya ordusunun ölkə ərazisinə daxil olması ilə bağlı təcili iclas çağırıb.
Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda prezidentin saytında məlumat verilib: “Mən qərara gəldim ki, Donetsk vilayətində vəziyyətin ciddi şəkildə gərginləşməsi səbəbindən Türkiyəyə səfərimi təxirə salım”.
Prezident xəbər verib ki, bu gün Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclası keçiriləcək:
“Dünya Ukraynadakı situasiyasının qəflətən gərginləşməsinə qiymət verməlidir”.
Qeyd edək ki, Poroşenko bu gün Türkiyənin yeni seçilən prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində iştirak etmək üçün Ankaraya getməli idi.
Modern.az