Modern.az

İraq türkmanları öz qəbirlərini qazmağa başladılar

İraq türkmanları öz qəbirlərini qazmağa başladılar

Təhsil

31 Avqust 2014, 14:30


ABŞ və İraq ordusu iki aydan uzun müddətdir İraq Şam İslam Dövlətinin (İŞİD) mühasirəsi altında olan və təxminən 12 min şiə türkmanın yaşadığı Amirli qəsəbəsi üçün əməliyyata başlayıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, digər tərəfdə Amirli qəsəbəsindəki türkmanlar onları xilas cəhdi müvəffəqiyyətsiz nəticələnə biləcəyini də istisna etməyərək indidən öz məzarlarını qazırlar.

İŞİD terror təşkilatının təzyiqi altında saxlanılan türkman əhalinin orta sıxlıqda olduğu Amirli qəsəbəsinə yönəlik havadan humanitar yardım əməliyyatı və bu əməliyyata dəstək üçün yaxınlıqdakı İŞİD yaraqlılarına qarşı keçirilən hava hücumları ilə bağlı yeni təfərrüatlar açıqlanıb.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığından (CENTCOM) verilən açıqlamada, İraq hökumətinin tələbilə Amirlidə köməksiz qalan vətəndaşların qorunması və regiondakı humanitar böhranın həll olunması üçün humanitar yardım dağıdılmasına qarşı əməliyyata dəstək məqsədilə Vaşinqton yerli saatla dünən 20.30 radələrində İŞİD hədəflərinə üç hava zərbəsi endirib. İraq təhlükəsizlik qüvvələri ilə koordinasiya halında aparılan hava hücumlarında ABŞ döyüş təyyarələrinin İŞİD-ə aid üç avtomobil, bir zirehli maşın, bir nəzarət nöqtəsi və bir tankı vuraraq məhv etdiyi iddia olunur.

Bundan başqa, “Əl Cəzirə” telekanalına danışan türkmanlar sözügedən əməliyyatın uğursuz olma ehtimalına qarşı özləri və ailələri üçün qəbir qazmağa başladıqlarını söyləyiblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı