Şəkidə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, yerli vaxtla saat 17:39-da Şəkidən 6 km şərqdə 3 maqnitudalı zəlzələ qeydə alınıb.
Dərinliyi 9 km olan zəlzələ 3 bala qədər hiss olunub.
İlkin məlumatlara əsasən, yerli vaxtla saat 19:46-da Şəkidən 6 km şərqdə daha bir zəlzələ qeydə alınıb. 3,1 maqnitudalı zəlzələ 3 bala qədər hiss olunub.
Modern.az