Modern.az

Belarus “KQB”si Putin əleyhinə mahnı oxuyan dəstəni saxlayıb - VİDEO

Belarus “KQB”si Putin əleyhinə mahnı oxuyan dəstəni saxlayıb - VİDEO

Təhsil

10 Oktyabr 2014, 11:35

Belarus “KQB”si bu ölkə yığmasının 2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə oyunları çərçivəsində Ukrayna ilə görüşündən sonra 100-dən çox azarkeşi saxlayıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, yerli mətbuat bunun oyun zamanı stadionda Rusiya prezidenti Vladimir Putin əleyhinə mahnı oxunması ilə bağlı olduğunu iddia edib. Belarusun Borisovdakı “Borisov-Arena”da keçirilən oyunda Ukrayna millisi 2:0 hesabı ilə qalib gəlib.

Hər iki yığma komandanın azarkeşləri oyun zamanı Ukrayna və Belarus lehinə şüarlar səsləndiriblər. Bundan sonra birlikdə Rusiya prezidenti haqda ədəbsiz mahnı ifa ediblər. Televiziya ilə birbaşa yayım zamanı baş verən bu olaya hüquq-mühafizə orqanları müdaxilə etməyiblər. Ancaq həvəskarların çəkdiyi videoyazı sosial şəbəkələrdə yayılıb. Oyun başa çatandan sonra stadionun həndəvərində “ov” başlayıb, nəticədə əksəriyyəti ukraynalı olan 100-dən çox azarkeş saxlanılıb. Bu gün onların məhkəməsi keçiriləcək. Onların cərimələnərək Belarusdan deportasiya olunacağı gözlənilir. Bəzilərinin 15 sutka azadlıqdan məhrum ediləcəyi də gözlənilir.

 



Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı