Modern.az

Polis Rusiyada axtarışda olan 8 azərbaycanlını tutub

Polis Rusiyada axtarışda olan 8 azərbaycanlını tutub

Təhsil

14 Oktyabr 2014, 14:45


Azərbaycanda Rusiyada müxtəlif cinayət əməlllərinə görə axtarışda olan 6 nəfər tutulub, 2 nəfər saxlanılıb. Bu barədə Modern.az saytına  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Nəsud Quliyev və 210-cu maddəsi (cinayətkar birlik yaratma) ilə axtarışda olan Fərhad Abdullayev tutulub, 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Nurlan Əlihüseynov saxlanılıb.

Bundan əlavə, Baş Cinayət-Axtarış İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 108-ci (zəruri müdafiə həddinin aşmaqla adam öldürmə) və 206-cı (girov götürmə) maddələri ilə axtarışda olan Oqtay Səmədov tutulub.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olanlar Mehman Coqiyev və onun qardaşı Hacıyov tutulublar. Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Araz Əliyev tutulub.

Lənkəran Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Ülfət Məmmədov saxlanılıb.

Modern.az 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı