Azərbaycanda Rusiyada müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən şəxslər tutulub. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən bədən xəsarəti yetirmə) ilə axtarışda olanlar - Anar Davidov və Tehran Osmanov, 127-ci maddəsi (qanunsuz azadlıqdan məhrum etmə) ilə axtarışda olan Tehran Əhmədov, 228-ci maddəsi (narkotik) ilə axtarışda olanlar - Mehman Axundov saxlanılıb, Məhəmməd Qəniyev tutulub.
Modern.az