Türkiyə prezidenti Rəcəb Tayyib Ərdəğon Afrikaya səfəri çərçivəsində “Türkiyə-Afrika əməkdaşlığı” mövzusundakı zirvə toplantısına qatılmaq Ekvatorial Qvineyaya gedib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, prezident Ərdoğan Afrika turuna həyat yoldaşı Əminə Ərdoğanla çıxıb. Prezident və həyat yoldaşı üçün “Ebola” virusunun sürətlə yayıldığı qitədə xüsusi tədbirlər görülüb.Belə ki, Ərdoğanın gedəcəyi yerə 1 həftə öncədən xüsusi komanda göndərilib. Komanda prezidentin qalacağı otağı dezinfeksiya edib. Bununla yanaşı, Ərdoğana bölgədəki digər xəstəliklərindən qorunmaq üçün peyvənd vurulub. Həmçinin toplantı ərəfəsində Ərdoğanın yeyəcəyi yeməklər də Türkiyədən aparılıb.
Prezidentin yemək məsələsi ciddi nəzarət altındadır.
Qeyd edək ki, qarşı tərəf “Ebola” virusuna görə zirəvə toplantısının təxirə salınmasını təklif etsə də, Ərdoğan bunu qəbul etməyib.
Xatırladaq ki, zirvəyə toplanan digər iştirakçılara qarşı da “Ebola”dan qorunmaq üçün tədbirlər görülüb.
Məltəm TALIBZADƏ