Modern.az

Yoldaşı və övladları İlham Mirzəyevlə tez-tez görüşür

Yoldaşı və övladları İlham Mirzəyevlə tez-tez görüşür

Təhsil

3 Dekabr 2014, 11:37


“İlham Mirzəyevin səhhəti əvvəlki kimidir. Yəni hər hansı bir dəyişiklik olmayıb. Hazırda Bakı İstintaq Təcridxanasının sanitar hissəsində müalicəsini davam etdirir”. Bunu Modern.az-a teleaparıcının vəkili Xanlar Bayramzadə bildirib.

O deyib ki, həyat yoldaşı və uşaqları İlham Mirzəyevə mütəmadi olaraq baş çəkirlər: “Onların görüşməsinə heç bir maneçilik törədilmir”.  

Vəkilin sözlərinə görə, İlham Mirzəyevin sanitar hissədən nə vaxt çıxarılacağı onun səhhətinin yaxşılaşması ilə bağlıdır.

Oktyabr ayının 14-də Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin barəsində başlanan cinayət işi üzrə proses başa çatıb. O, məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.    

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı