
Sabirabad rayonu, Qaratuğay kəndində dəhşətli yanğın hadisəsi baş verib. Modern.az saytının Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanması bir ailənin məhvinə səbəb olub.
Belə ki, yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızının cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Yanğın bu gün saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az