Modern.az

Ölkə ərazisində temperatur yenidən yüksələcək

Ölkə ərazisində temperatur yenidən yüksələcək

Təhsil

23 Fevral 2015, 12:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı