Modern.az

Kəlbəcərli girovlara oxunacaq “hökmün” tarixi açıqlandı

Kəlbəcərli girovlara oxunacaq “hökmün” tarixi açıqlandı

Təhsil

26 Fevral 2015, 13:10



Dağlıq Qarabağdakı separatçı rejimin “Apellyasiya Məhkəməsi” Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev haqda “hökmü” martın 10-da elan edəcək. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bu barədə qondarma məhkəmənin “sədri” Norayr Qriqoryan məlumat verib.

Prosesdə “dövlət ittihamçısı” rolunda çıxış edən Karen Qabrielyan Azərbaycan vətəndaşları barədə çıxarılan hökmün qüvvədə saxlanılmasını istəyib. Lakin azərbaycanlıların hüquqlarını müdafiə edən vəkillər yekun iclasda “müttəhimlərə” bəraət verilməsini istəyəcəklərini vurğulayıblar.

Xatırladaq ki, ermənilər saxta məhkəmə ilə 2014-cü ilin yayında Kəlbəcər ərazisində girov götürülən Azərbaycan vətəndaşları Dilqəm Əsgərovi ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum ediblər. Onlarla birgə Qarabağa getmiş 3-cü soydaşımız Həsən Həsənov isə ermənilər tərəfindən qətlə yetirilib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı