Martın 11-12-də Belarusun paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın “Mədəniyyət, İnformasiya, turizim və idman üzrə” daimi komissiyasının iclası keçrilib. İclasda Rusiyanın, Belarusun, Moldovanın, Qazaxstanın, Tacikstanın, Azərbaycanın və Ermənistanın nümayəndələri iştirak ediblər. İclasda MDB Parlamentlərarası Assambleyanın “Mədəniyyət, İnformasiya, turizm və idman üzrə” daimi komissiyasının sədri Tarlo E.Q və MDB Parlamentlərarası Şuranın Baş katibi Serqeyev A.İ çıxış ediblər.
Modern.az xəbər verir ki, Azərbaycanı bu iclasda Milli Məclisin deputatı Rauf Əliyev təmsil edib.
Ümumilikdə tədbirdə 17 müxtəlif məsələlər ətrafında o cümlədən Modul qanunlar, Elektron hökümət, Könüllülər, Turizim faliyyəti, Gənclərin asudə vaxtlarının təşkili, Kitabxana işi, MDB üzvu olan dövlətlər arasında idman yarışlarının və müxtəlif spartakiadaların təşkili və s. məsələlər müzakirə olunub.
Gündəlikdə 10-cu məsələ kimi MDB üzvü olan dövlətlərdə mədəni irsin qorunub saxlanması barədə Konvensiyanın hazırlanmasına münasibət nəzərdə tutulmuşdu. Bu məsələ barəsində hazırlanmış qərar layihəsində bu Konvensiyanın Ermənistan tərəfindən hazırlanması təklif olunub. Azərbaycan nümayəndə heyyəti buna öz etirazlarını bildirib.Daimi komissiyanın üzvü Milli Məclisin deputatı Rauf Əliyev çıxışında hər bir dövlətin özünəməxsus mədəni irsinin olduğunu diqqətə çatdırıb: ”Hər bir dövlətin özünəməxsus mədəni irsi var. Eyni zamnda Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında yerləşən azərbaycan xalqına məxsus olan mədəni irs nümunələrini məhv edib. Buna görədə belə bir konvensiyanın hazırlanmasını Ermənistana həvalə etmək olmaz”.
Deputatın təklifini nəzərə alaraq, MDB üzvü olan dövlətlərin hər birinin nümayəndəsinin iştirakını nəzərdə tutan Belarus nümayəndəsinin rəhbərliyi ilə işçi qurupu yaradılıb.
Qeyd edək ki, konvensiyanın hazırlanmasına Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri cəlb olunacaq.
Daimi komissiyanın Payız sesiyasında nəzərdə tutulan Konvensiyanın qəbulu məsələsinə baxılacaq.
Modern.az