Modern.az

Firudin Nəbiyev: “Dövlət Miqrasiya Xidməti bütün qüvvəsini səfərbər edəcək”

Firudin Nəbiyev: “Dövlət Miqrasiya Xidməti bütün qüvvəsini səfərbər edəcək”

Təhsil

19 Mart 2015, 17:34


Modern.az
xəbər verir ki, martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 8 il ötür.

Bu münasibətlə bu gün səhər Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və miqrasiya orqanlarının bir qrup əməkdaşı Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyulub.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin aparatında bu qurumun yaradılmasının ildönümünə, miqrasiya orqanları əməkdaşlarının peşə bayramına və Novruz bayramına həsr olunmuş təntənəli mərasim keçirilib.

Dövlət Miqrasiya Xidmətinin 8 il ərzində keçdiyi xidmət yolu barədə məruzə ilə çıxış edən qurumun rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, qısa zamanda böyük inkişaf yolu keçilib. Firudin Nəbiyev Dövlət Miqrasiya Xidmətinin həyatında yaddaqalan ən önəmli hadisələrdən biri kimi ötən il yeni inzibati binasının tikintisi ilə bağlı Azərbaycan prezidentinin sərəncamını qeyd edib.
Xidmət rəisi deyib ki, bu gün miqrasiya proseslərinin tənzimlənməsində və idarəolunmasında qabaqcıl beynəlxalq təcrübə öyrənilərək tətbiq olunur, müasir dövrün tələbləri nəzərə alınmaqla miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir, kadrların bilik və bacarıqlarının artırılması üzrə təlim və seminarlar keçirilir, müasir texniki avadanlıqlarla təmin edilməklə Xidmətin infrastrukturu genişləndirilir.

F.Nəbiyev əminlik ifadə edib ki, bu ilin yayında Bakıda keçiriləcək 1-ci Avropa Oyunları zamanı miqrasiya orqanları əməkdaşları öz missiyalarını layiqincə yerinə yetirmək üçün bütün qüvvə və səylərini səfərbər edəcəklər.

Daha sonra Dövlət Miqrasiya Xidmətinin yaradılmasının ildönümü və peşə bayramı münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi sərəncamlar, həmçinin, xidmət rəisinin imzaladıqları əmrlər elan olunub.

Xidmətdə fərqlənmiş əməkdaşlardan 53-ü fəxri fərman, 7-i “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” medalı ilə təltif olunub. 42 miqrasiya qulluqçusuna növbəti, növbədənkənar və vaxtından əvvəl xüsusi rütbələr təqdim edilib.

Təntənəli mərasimin sonunda tədbir iştirakçıları Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən bəhs edən filmə baxıblar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı