Abşeron rayonu Novxanı-Binəqədi yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu gün saat 20 radələrində 1961-ci il təvəllüdlü Cəfər Məmmədov idarə etdiyi “Sentra” markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub. Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb.
Sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.