Modern.az

Metroda maşinist iş başında öldü - YENİLƏNİB

Metroda maşinist iş başında öldü - YENİLƏNİB

Hadisə

23 Yanvar 2023, 09:28

“Bakı Metropoliteni” maşinistin ölümü ilə bağlı məlumat yayıb.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib. Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib. 


"Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır", - Bəxtiyar Məmmədov vurğulayıb.

 

***

09:15

 

Bakı metrosunda maşinist qatar idarə edərkən dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu "Avtovağzal" metrostansiyasında təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağ və Zəngəzur möcüzəsi-Görün nələr var?