Sabirabadda ağır qəza - 4 nəfər yaralandı

Sabirabadda ağır qəza - 4 nəfər yaralandı

9 İyun 2023, 21:28

Sabirabadda yol qəzası baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

 

"Mercedes sprinter" markalı avtomobillə "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə “Mercedes”də olan 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfər Sabirabad rayon xəstəxanasına yerləşdirilib, digər 2 nəfərə ambulator yardım edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ - Ordumuza təslim olmayan məşhur erməni polkovnik öldürüldü?