Modern.az

Kipr türkləri qərb dövlətlərinin ikili standartları ilə üzləşir - Cavanşir Feyziyev

Kipr türkləri qərb dövlətlərinin ikili standartları ilə üzləşir - Cavanşir Feyziyev

Ölkə

Bu gün, 21:37

Kipr türkləri qərb dövlətlərinin ikili standartlarına sığınan ayrı-seçkili siyasəti ilə üzləşməkdə davam edirlər.  

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan - Şimali Kipr Türk Respublikası işçi qrupunun üzvü Cavanşir Feyziyev Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 43-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

“Türk xalqı 43 il öncə, 15 noyabr tarixində Şimali Kipr Türk Respublikasının müstəqilliyini bəyan etmiş və həmin tarixi gündən etibarən adada sülh və sabitlik bərqərar olunub. ​Müstəqilliyin elan olunduğu vaxtdan 43 il ərzində Kipr türkləri qərb dövlətlərinin ikili standartları, ayrı-seçkilik siyasəti ilə üzləşməkdə davam edirlər. ​Bu müddət ərzində aparılan siyasi və iqtisadi təcrid siyasəti bu xalqın siyasi iradəsini və müstəqillik ideallarını sarsıda bilməyib. ​Bu gün qardaş Türkiyə Respublikasının qətiyyətli və davamlı dəstəyi ilə inkişaf edən Şimali Kipr Türk Respublikası öz vətəndaşları üçün təhlükəsiz və layiqli həyat səviyyəsi təmin etməklə adada sabitliyə töhfə vermək bacarığını bütün dünyaya nümayiş etdirməkdədir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan