Modern.az

İmamoğluna iki il həbs cəzası verildi

İmamoğluna iki il həbs cəzası verildi

Dünya

Bu gün, 19:15

Türkiyənin Cümhuriyyət Partiyasının 38-ci qurultayında qanunsuzluğa yol verilməsi üzrə aparılan məhkəmə istintaqı başa çatıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə aralarında CHP-nin keçmiş başqanı Əkrəm İmamoğlu da olmaqla 9 nəfərin barəsində 2 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.

Məhkəmə həmçinin, aşağıdakı şəxsləri “Seçki qanununa zidd hərəkət etmək” ittihamı ilə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edib:

  • Rza Akpolat

  • Özgür Çelik

  • Nihat Yeşiltaş

  • Baki Aydöner

  • Erkan Aydın

  • Mehmet Kılınçarslan

  • Metin Güzelkaya

  • Serhat Can Eş

Məhkəmə Cemil Tugay, Hüseyn Yaşar və Özgen Namanın isə bəraət almasına qərar verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan