Modern.az

Ermənistan parlamentində qalmaqal: Spiker deputatı zaldan qovdu

Ermənistan parlamentində qalmaqal: Spiker deputatı zaldan qovdu

Dünya

Bu gün, 23:39

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın çıxışı zamanı hakimiyyət və müxalifət nümayəndələri arasında növbəti qalmaqal yaşanıb.

Modern.az xəbər verir ki, parlamentin sədri Ruben Rubinyan müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının deputatı Edqar Kazaryanı iclas zalından çıxarıb.

Hadisə deputatın yerindən Paşinyanın çıxışına müdaxilə etməsindən sonra baş verib.

Rubinyan Kazaryana xəbərdarlıq edərək bildirib ki, qaydanı yenidən pozacağı təqdirdə onu zaldan uzaqlaşdıracaq.

Lakin deputat etirazını davam etdirib. Bundan sonra parlament sədri Kazaryanın iclasda iştirakını günün sonunadək məhdudlaşdırıb və təhlükəsizlik əməkdaşlarını zala çağırıb.

Müxalifət deputatları Kazaryanın ətrafına toplaşaraq onun zaldan çıxarılmasına etiraz ediblər.

Kazaryan zalı tərk edərkən Rubinyanı qorxaqlıqda ittiham edib. Parlament sədri isə buna sərt reaksiya verib.

“Qorxaq özünsən! Rədd ol buradan! Tez ol, çıx get!” – deyə Rubinyan qışqırıb.

Hadisə parlament iclasında gərginliyə səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan