Modern.az

Azərbaycanla ŞKTC arasında əlaqələr hər gün güclənir - Ufuk Turqener

Azərbaycanla ŞKTC arasında əlaqələr hər gün güclənir - Ufuk Turqener

Ölkə

Bu gün, 21:15

Şimali Kipr Türk Respublikasının (ŞKTR) quruluşunun 43-cü ildönümü münasibətilə Bakıda təntənəli rəsmi qəbul və tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə ŞKTR-in Bakı Təmsilçisi Ufuk Turqener, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

ŞKTR-in Bakı Təmsilçisi Ufuk Turqener Tədbiri giriş sözü ilə açıq elan edib. Bildirib ki, Kipr türk xalqının 43-cü ildönümünü qardaş Azərbaycanda hər il olduğu kimi qeyd etmək qürurvericidir.

O, 17 Noyabr - Milli Dirçəliş Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı bir daha təbrik edib.

U.Turgener qeyd edib ki, Azərbaycan ilə Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞKTC) arasında iqtisadiyyat, ticarət, turizm, səhiyyə və təhsil sahələrində əlaqələr hər gün daha da güclənir:

“Bu münasibətlərin inkişafında Türk Dövlətləri Təşkilatının rolu böyükdür. İki ölkə arasında əlaqələrin sürətlə inkişaf etməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ŞKTC-yə göstərdiyi qətiyyətli dəstək mühüm rol oynayır. Cənab Prezidentin "Türk dünyasından başqa ailəmiz yoxdur" sözləri bütün Türk dövlətlərinin birliyi, bərabərliyi və gələcək əməkdaşlığı üçün əsas yol xəritəsidir. Azərbaycan Prezidentinin Kıbrıs türklərinə verdiyi dəstək onların haqlı mübarizəsini gücləndirən ən güclü mesajdır”.

O, parlamentlərarası əlaqələrdən də söhbət açıb:

“2024-cü ilin aprelində Azərbaycan Milli Məclisi ilə ŞKTC Cümhuriyyət Məclisi arasında Dostluq Qrupunun yaradılması ölkələrimiz arasındakı əlaqələri daha da dinamik hala gətirmişdir. Şimali Kipr Şərqi Aralıq dənizində yerləşən ən cənubdakı Türk dövləti olaraq böyük geosiyasi əhəmiyyətə malikdir. Kipr türkləri Ana Vətən Türkiyənin, Azərbaycanın və Türk dünyasının dəstəyi ilə öz haqlı davalarında irəliləməyə davam edirlər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan