Modern.az

Sumqayıtda yaşayış binasında yanğın

Sumqayıtda yaşayış binasında yanğın

Hadisə

13 İyun 2024, 17:16

Sumqayıt şəhərində yanğın olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik açarı, 10 p.m. elektrik kabeli, 2 ədəd su sayğacı və 6 p.m. plasmas su borusu yanıb. Mənzillər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB