Modern.az

Beş şəhidin nəşi Xocalıda DƏFN EDİLDİ

Beş şəhidin nəşi Xocalıda DƏFN EDİLDİ

11 İyul 2024, 11:40

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha beş şəhidin nəşi Xocalı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

Modern.az xəbər verir ki, onların nəşi Xocalı rayonu ərazisində aşkar edilmişdi.

Dəfn edilən şəhidlər Usubəli Süleyman oğlu Qarayev, Şahin Talış oğlu Məmişov, Ələddin Bəhlul oğlu Paşayev, Nemət Musa oğlu Şahmuradov və Zakir Kamran oğlu Usubovdur.

Dəfn mərasimində şəhidlərin doğmaları, Xocalı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sizə yeni x var
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!