Modern.az

Bu il 119 kriminal qrup zərərsizləşdirilib - Nazirlik

Bu il 119 kriminal qrup zərərsizləşdirilib - Nazirlik

Hadisə

12 İyul 2024, 15:30

2024-сü ilin ilk altı ayı ərzində mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 356 kriminal qrup zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə iyulun 12-də Daxili İşlər Nazirliyində 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.

 

Qeyd olunub ki, bu kriminal qruplardan 119-u ağır və xüsusilə ağır cinayətlər törədib.

 

“Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 179 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib”, - iclasda bildirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri